Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 16:16

Gənclər hansı klublara azarkeşlik edirlər?


Foto: Arxiv. Azərbaycan-İspaniya oyunu - 2009

Foto: Arxiv. Azərbaycan-İspaniya oyunu - 2009

-
«Flashmob»da bu dəfə futboldan danışdıq. Verilişin qonaqları «Neftçi» klubunun azarkeşi Heybət Məmmədov, «Galatasaray» klubunun azarkeşi Mehdi İbrahim və «Barcelona»lı Əhməd Bəylərov oldu.

Onlar Azərbaycanda yaşanan futbol həyəcanından ümumilikdə razıdırlar. Mehdi İbrahim deyir ki, arada polislə azarkeşlər arasında mübahisələr olmasa, qalan hər şey yaxşıdır. Əhməd Bəylərovun fikrincə, futbol mədəniyyəti tam formalaşmayıb:

«Ən çox «Neftçi»nin oyunlarına gedirəm, mədəniyyət formalaşmayıb. Meydançada qışqırırsan, səsin exo verir, elə bilirsən tək oturmusan, adam az olur. Ona görə ümumiyyətlə heç kim qışqırmır. Azərbaycanda xarici klubların azarkeşi daha çoxdur, nəinki yerli klubların».

Heybət Məmmədov də futbola gələn azarkeşlərin sayından narazıdır:

«Azarkeşlərin sayı azalır, qitəmiqyaslı oyunlara bir az çox gəlirlər. Buna bir səbəb də oyunların saatıdır - həftəiçi oyunlar 9-da başlayır, ictimai nəqliyyatla evə getmək gec olur deyə, azarkeşlər gələ bilmir oyuna. Bazar günləri daha çox azarkeş olur. Amma kanalların reytinqi yüksəkdirsə, deməli, baxılır futbola, əsas problem stadiona gəlməklə bağlıdır. Onun təşkilatçılığında problem var. Kimsə gəlmək istəyir, qalanı deyir nə var, nəyə gedirsən, oynamırlar ki. Amma gərək azarkeş getsin və futbolçulardan oyun tələb etsin».

Mehdi İbrahim deyir ki, əsas məsələ stadionun dolu olması deyil:

««Neftçi» ötən oyunda «Simurq»la 1-1 elədi. Amma stadion dolu olsaydı, nəticə bəlkə də başqa olardı. Amma dolu olmaqla deyil, gərək dəstəkləyəsən. Biz stadionda 30-40 nəfər olsaq da, susmurduq, dəstəkləməyi dayandırmırdıq. «Neftçi» ilə yanaşı, «Qəbələ», «İnter», «Qarabağ» klublarının da azarkeşləri yaxşı olur, dəstəkləyirlər. «Xəzər-Lənkəran»da isə azarkeşlər çox olsa da, sakit olurlar, elə bil tamaşaya baxırlar».

Azarkeşlərin fikrincə, yerli azarkeşlər daha çox Türkiyə klublarına və İspaniyanın «Real Madrid», «Barcelona» klublarına azarkeşlik edirlər.

Verilişi tam olaraq burdan dinlə:


XS
SM
MD
LG