-
Azərbaycanda "Cib kitabı" seriyasının nəşrinə başlandı.
Yeni yaradılan "Zero" Nəşriyyatının ilk iki kitabı artıq işıq üzü görüb.
Nəşriyyat oxuculara Frans Kafkanın hekayələrindən ibarət "İmperatorun sifarişi" və Umberto Ekonun "Esselər" kitabını təqdim edir.
Kitablar artıq bu gündən "Yeraltı Book Cafe"də satışdadır. Gün ərzində şəhərin digər kitab mağazalarında da satışa veriləcək.
Nəşriyyatdan verilən məlumata görə, "Cib kitabı" seriyasının nəşrində məqsəd məşhur dünya müəlliflərini aztəminatlı təbəqə üçün daha da ucuz, əlçatan etməkdir. Kitabların yığcamlığı isə onları hər bir məkanda oxumaq üçün əlverişli edir. Seriyadan istedadlı və məşhur yerli müəlliflərin əsərlərinin dərci nəzərdə tutulur.