Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 22:30

Novxanıda Respublika günü qeyd olunub


Novxanıda M. Ə. Rəsulzadənin büstü

Novxanıda M. Ə. Rəsulzadənin büstü

-

«NÖQTƏSİNİ QOYMUŞUQ, NİDASI QALIB» 13.50

Müsavat başqanı İsa Qəmbərin çıxışından sonra mitinqdə Milli Şuranın elan olunması tələbləri səslənib. EL hərəkatının sədri Eldar Namazov bildirib ki, Milli Şuranın yaranması üçün son mərhələdə işlər aparılır:

«Nöqtəsini qoymuşuq, nidası qalıb. Yaxın vaxtlarda nidasını da qoyacağıq!».

ƏLİ KƏRİMLİ: ELƏ SƏSLƏNDİRİN Kİ, BÜTÜN AZƏRBAYCAN EŞİTSİN

AXCP sədri Əli Kərimli isə çıxışında deyib ki, bir halda ki, Milli Şuranın elan olunmasını səsləndirirsinizsə, elə səsləndirin ki, bütün Azərbaycan eşitsin. O bildirib ki, Milli Şura elan olunacaq:

«Şərqdə ilk demokratik respublika qurucularının davamçılarının daha bir neçə il avtoritar rejim altında yaşamaqla razılaşmağa haqqı yoxdur. Onlar Rəsulzadə-Elçibəy əxlaqını bu ölkədə iqtidar etməlidir».

Keçmiş baş nazir Pənah Hüseyn də Milli Şuranın elan olunması tərəfdarları arasında olub. Üzünü mitinq iştirakçılarına tutub deyib ki, sizin yerinizə olsam, liderləri dövrəyə alıb Milli Şuranı elan etməyənə qədər burdan buraxmazdım.

Cümhuriyyət gününü qeyd edənlər tədbiri Rəsulzadənin ata-babasının qəbrinin ziyarəti ilə başa çatdırıblar.

İSA QƏMBƏR: «CÜMHURİYYƏTİN 100 İLLİYİNDƏ BİZ ARTIQ HESABATLA ÇIXIŞ ETMƏLİYİK» 13.00

Novxanıda Rəsulzadənin abidəsinin önündə Müsavat başqanı İsa Qəmbər çıxış edir. O deyir ki, xalqların, dövlətin inkişafı, tərəqqisi üçün ən uğurlu seçim parlament respublikasıdır:

«Zamanında Rəsulzadə və silahdaşları bunu düzgün dəyərləndirə bilmişdilər».

İsa Qəmbər daha sonra bildirib ki, 1992-ci ildə milli hakimiyyət bir il ərzində ölkəni idarə etdi:

«Çox söz deyə bilərlər. Amma bu bir il ərzində milli hakimiyyətin hansı işlər gördüyü barədə çox danışmaq olar».

Müsavat başqanı hazırkı hakimiyyəti cümhuriyyət qurucularına, bərpaçılarına sayğısız münasibət göstərməkdə ittiham edib: «Bu hakimiyyət hər yerdə Heydər Əliyevə heykəllər qoyur, amma Rəsulzadənin xatirəsini əbədiləşdirmək üçün heç bir şey etmir. BDU-dan Rəsulzadənin adını götürməyə nə ad vermək olar? Bunu bərpa etməklə günahlarını bir az yuya bilərlər».

İSTƏSƏK İNDİ ELAN EDƏ BİLƏRİK...

Daha sonra İsa Qəmbər Milli Şuranın tərkibi ilə bağlı danışıb: «İstəsək indi elan edə bilərik. Amma bu Milli Şura çox önəmli bir işi öhdəsinə götürür. Onun tərkibində aparıcı təşkilatlar, dəyərli ictimai-siyasi xadimlər olacaq».

İsa Qəmbər nitqində bildirib ki, bu il Azərbaycanda hakimiyyət dəyişikliyi baş verməlidir:

«2018-ci ildə, Cümhuriyyətin 100 illiyində biz artıq hesabatla çıxış etməliyik».

AXC-NİN YARADILMASINDAN 95 İL ÖTÜR

Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) yaradılmasından 95 il ötür.

1918-ci ildə Məhəmməd Əmin Rəsulzadənin sədri seçildiyi Milli Şura Tiflisdə Azərbaycanın müstəqilliyini elan edib. Milli Şura tərəfindən qəbul edilən İstiqlal Bəyannaməsi bütün müsəlman dünyasında və Şərqdə ilk demokratik parlamentli respublikanın yaradıldığını bütün dünyaya bəyan edib.

Cümhuriyyət 23 aylıq fəaliyyəti dövründə bir sıra islahatlar həyata keçirmiş, müstəqil dövlətin atributlarını formalaşdırmışdı. Ermənistanın təcavüzünə cavab vermək üçün Müdafiə naziri MehmandarovŞıxlınskinin rəhbərliyi ilə az müddət ərzində Azərbaycan Milli Ordusu yaradıldı. Bu ordu 1920-ci ilin yazında Zəngəzurda uğurlu hərbi əməliyyat keçirərək qırğınların qarşısını aldı.

Şərqdə ilk dəfə olaraq parlament yaradıldı. Millətin öncül nümayəndələri, ziyalılar, siyasi xadimlər parlamentdə təmsil olundu.

1918-ci ilin mart qırğınları ilə bağlı araşdırma komissiyası formalaşdırıldı. Bu komissiyanın tədqiq etdiyi materiallar azərbaycanlıların Xalq Komissarlar Soveti tərəfindən kütləvi şəkildə məhv edildiyi faktlarını aşkarladı.

Tobçubaşovun rəhbərlik etdiyi nümayəndə heyəti Versal sülh konfransına qatıldı. Onların səyi nəticəsində Birinci Dünya Müharibəsinin qalibi olmuş Antanta dövlətləri Azərbaycanın de-fakto müstəqilliyini tanıdı.

Parlamentdə Müsavat fraksiyasının lideri Məmməd Əmin Rəsulzadənin təşəbbüsü ilə Bakı Dövlət Universiteti yaradıldı. Cümhuriyyət hökuməti maddi çətinliklərə baxmayaraq yüz nəfər tələbəni xaricə təhsil almağa göndərdi.

Fətəlixan XoyskininNəsibəy Yusifbəylinin baş nazirliyi ilə demokratik prinsiplər əsasında beş dəfə hökumət formalaşdırıldı. Bu hökumətlər müstəqil dövlətin siyasi-iqtisadi əsaslarını möhkəmləndirmək üçün fəaliyyət göstərirdi.

1920-ci ilin aprelin 27-də Sovet Rusiyasının Azərbaycanı işğal etməsi nəticəsində isə Cümhuriyyət süqut edib. AXC-nin yaradıcıları xaricə mühacirət etməyə məcbur edildi. Baş nazirlər F.Xoyski, N.Yusifbəyli qətlə yetirildi, digər görkəmli dövlət xadimlərinin ailələri və yaxınları repressiyalara məruz qaldılar.

71 il sonra isə Azərbaycan yenidən öz dövlət müstəqilliyini bərpa edib.

Müstəqil Azərbaycan Respublikası Cümhuriyyətin hüquqi varisidir və AXC-nin 90 illik yubileyi Azərbaycanda dövlət səviyyəsində qeyd olunur.

Mayın 27-də prezident İlham Əliyev Cümhuriyyətin şərəfinə ucaldılmış abidəni ziyarət edib.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG