Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 17:46

Putin İlham Əliyevi təbrik edib


İlham Əliyev və Vladimir Putin
İlham Əliyev və Vladimir Putin
-
Rusiya prezidenti Vladimir Putin 28 May – Respublika Günü münasibətilə Azərbaycan prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

«Sizin ölkəniz sosial-iqtisadi, elmi-texniki və mədəni inkişaf yolunda sanballı uğurlar qazanmışdır. Azərbaycanın beynəlxalq məsələlərdə fəal rolu hamı tərəfindən qəbul edilib.

Rusiya-Azərbaycan münasibətləri tarixən dostluq və mehriban qonşuluq ənənələrinə əsaslanır. Əminəm ki, birgə səylərimizlə konstruktiv siyasi dialoqun, müxtəlif sahələrdə praktiki əməkdaşlığın daha da genişlənməsini təmin edəcəyik. Şübhəsiz, bu, xalqlarımızın firavanlığına, həmçinin regional sabitliyin və təhlükəsizliyin möhkəmlənməsinə şərait yaradacaq» - təbrik məktubunda bildirilir.
XS
SM
MD
LG