Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 02:22

Ruminiya dünyanın bayraq rekordunu vurdu


Ginnesin Rekordlar Kitabı elan edib ki, Rumıniya kəndi dünyada ən böyük bayraq rekordunu vurub.

Buxarestin 35 km-liyindəki Clinceni kəndində uzunluğu 349, eni 227 metr olan Ruminiya bayrağı nümayiş olunub. Hava küləkli olduğuna görə, 5 tonluq bayrağı yerdə sərməyə 200 adam saatlarla vaxt sərf edib.

Bayrağı hazırlanmasına rəhbərlik edən Adrian Dragomir deyib ki, bayrağa 70 km sap sərf olunub və toxunmasına həftələrlə vaxt gedib.

Bundan əvvəlki bayraq rekordu Livan bayrağına məxsus idi.
XS
SM
MD
LG