Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 17:00

Braziliyalı ulduz Neymar Barcelona ilə müqavilə imzalayır


21 yaşlı braziliyalı futbol ulduzu Neymar İspaniyanın Barcelona klubu ilə 5 illik müqavilə imzalayır. Neymar bunu Twitterdə yazıb.

Neymar bazar günü Santos klubunda axırıncı oyunu oynayıb.

O, Globo TV-yə deyib ki, Barcelonaya nə vaxt gedəcəyini dəqiq bilmir və əlavə edib ki, “bəziləri uşaqlıqda diş həkimi, bəziləri reportyor, mən isə peşəkar idmançı olmaq istəyirdim və mən buna nail oldum. Bu gün Barcelona mənim bütün arzularıma cavab verir”.

Neymar İspaniyanın Real (Madrid) klubu ilə Barcelona arasında seçimdə üstünlüyü Barcelonaya verdi.

Günün bütün mövzuları

XS
SM
MD
LG