Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 15:53

HRW: "Azərbaycanda narkotik ittihamı ilə tənqidçilər susdurulur"


Human Rights Watch təşkilatının mayın 27-də yaydığı bəyanatda bildirir ki, Azərbaycan hökuməti şübhəli narkotik saxlama ittihamlarından istifadə etməklə onu tənqid edən siyasi fəalları susdurur.

Qurum son vaxtlar dörd fəalın həbsiylə bağlı araşdırma apardığını, onlardan üçünün polisdə pis rəftarla üzləşdiyini bəyan edir. Bunlar:
- 9 may tarixində həbs olunaraq və sonra pis rəftara məruz qalan 31 yaşlı tanınmış bloqqer, Facebook və digər sosial şəbəkələrdə Azərbaycan hökumətini kəskin tənqid edən Rəşad Ramazanov (Rəşad Həqiqət Ağaəddin).

- Oxuduğu xütbədə Azərbaycan hökumətini və xüsusilə prezident İlham Əliyevi kəskin tənqid edəndən az sonra, martın 31-də həbs olunan və sonradan pis rəftara məruz qalan 29 yaşlı ilahiyyatçı və fəal Taleh Bağırov;

- Facebook və digər sosial şəbəkələrdə hökuməti tənqid edən yazılarından sonra 26 mart tarixində həbs olunan Azərbaycan Xalq Cəbhəsi Partiyasının 22 yaşlı fəalı Daşqın Məlikov və mart ayının 7-də həbs olunan və sonradan pis rəftara məruz qalan NİDA gənclər hərəkatının 21 yaşlı fəalı Məhəmməd Əzizovdur.
XS
SM
MD
LG