Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 02:24

Qələmini və sözünü itirmiş bir yazıçı...


Oya Baydar. İtkin söz

Oya Baydar. İtkin söz

-

"Qanun" nəşriyyatı ünlü türk yazarı Oya Baydarın "İtkin söz" romanını Azərbaycan dilində çap edib.

"Ən yeni tərcümə" seriyasında nəşr edilən romanda nədən bəhs edilir?

Qələmini və sözünü itirmiş bir yazıçı... Yazıçının alim arvadı və dünyanı bürüyən şiddətdən qaçmaq üçün uzaq bir adaya sığınan oğlu... Törədən qaçan gənc bir qız... Bir etirafçı... İstanbulda canlı bir bombanın partlaması nəticəsində tikələri ətrafa səpələnən bir qərib... Cənub-şərqdə özəl bir qadının həyatı... Norveçdə kiçicik bir ada və üzünü bir daha heç vaxt görə bilməyəcəyi nağıllar diyarının şahzadəsi – anasını gözləyən bir uşaq...

Şiddət harada başlayır? Laboratoriyadakı təcrübə heyvanlarını kəsəndə? Yoxsa müharibədə öləndə və öldürəndə? Öz mənfəətləri uğrunda uşağını istəmədiyi bir həyatı seç­mə­yə məcbur edəndə, ağrı-acının şəklini çəkəndə? Törənin qanunlarını həyata keçirəndə, sevişəndə, yoxsa yadı özgələşdirəndə?

Bir söz axtarırdı: mənbəyi quruyan itkin bir söz. Bir səs eşitdi: “Zarok kuştin! Uşağı öldürdülər!” Fəryadın arxasın­ca düşüb uzaqlara getdi, insana çatdı və nəhayət, sözü tapdı.

Türkcədən tərcümə: Sevinc Natiqqızı

Günün bütün mövzuları

XS
SM
MD
LG