Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 11:09

Polis AXCP gənclərinin Sumqayıt görüşünə imkan verməyib


-
Mayın 26-da AXCP gənclər komitəsinin Bakıdan olan üzvlərinin Sumqayıt şəhər şöbəsinin üzvləri ilə görüşünə polis mane olub.

Bu barədə AzadlıqRadiosuna görüşə qatılan AXCP gənclər komitəsinin sədr köməkçisi İlham Hüseyn məlumat verib.

Onun dediyinə görə, gənclər Sumqayıt şəhərindəki çayxanalardan birinə toplaşıblar:

“11-ci mikrorayondakı çayxanalardan birində 15-16 nəfər yenicə toplaşıb, bir masa arxasında söhbət edirdik. Polislər bir neçə mülki geyimli ilə birgə gəlib dedilər ki, burdan çıxmalısız, bura toplaşmaq olmaz. Dedilər ki, görüş keçirmək üçün icra hakimiyyətindən icazə almalısız. Görüşə gələn Sumqayıt gənclərinin hər birinin ad və soyadını soruşub qeyd etdilər”.
İlham Hüseynin dediyinə görə, gənclərlə görüşdə məqsəd sadəcə qarşıdan gələn 28 may respublika gününün qeyd olunması ilə bağlı, o cümlədən partiya gənclərinin fəaliyyətinin genişləndirilməsi ilə bağlı fikir mübadiləsi aparmaq olub.
Sumqayıt şəhər 9-cu polis bölməsindən hadisəyə münasibət almaq mümkün olmadı, zənglərə cavab verilmədi.

Günün bütün mövzuları

XS
SM
MD
LG