Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 00:58

Bakıdan Naxçıvana aviareyslər bərpa olunub


Mayın 27-də Bakıdan Naxçıvana uçan reyslər bərpa olunub. Dünən əlverişsiz hava şəraiti ilə əlaqədar bəzi reyslər təxirə salınmışdı.

Bakı Hava Limanından Turan-a bildirilib ki, gecikən reyslərin hamısı artıq həyata keçirilib.

Mayın 26-da üç aviareys, 19:00-da, 21:00-da və 23:55-də nəzərdə tutulan reyslər təxirə salınıb.

Həmin reyslər bu gün saat 08:30-da və 09:10-da yola salınıb.

Naxçıvandan Bakıya saat 22:00-da və 23:55 nəzərdə tutulmuş aviareyslər də yubanıb.

«AZAL»ın nümayəndəsi Məhərrəm Səfərli bildirib ki, hazırda vəziyyət sabitləşib və ləngiyən reyslər göndərilir.

Günün bütün mövzuları

XS
SM
MD
LG