Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 01:41

«Qızıl palma budağı» lesbianların sevgisi haqda filmə verildi


Abdellatif Kechiche mükafata layiq görülən filmində baş rolları ifa etmiş Lea Seydoux (solda) və Adele Exarchopoulos ilə. Kann Festivalı, 26 may 2013

Abdellatif Kechiche mükafata layiq görülən filmində baş rolları ifa etmiş Lea Seydoux (solda) və Adele Exarchopoulos ilə. Kann Festivalı, 26 may 2013

-
66-cı Cannes (Kann) Festivalının baş mükafatını - "Qızıl palma budağı"nı Tunis əsilli fransız rejissoru Abdellatif Kechiche qazanıb ("Adelin həyatı" filminə görə).

Film iki qızın bir-birinə olan məhəbbətindən bəhs edir. Bu, Fransada eyni cinsdən olanların ailə qurmasına icazə verilməsindən sonra davam edən kütləvi etiraz aksiyaları, iğtişalarla üst-üstə düşüb. Mükafatı filmin rejissoru və baş rolların ifaçılarına Münsiflər Heyətinin sədri, tanınmış amerikalı rejissor Stiven Spilberq təqdim edib.

Festivalın qran-prisini Koen qardaşlarının çəkdiyi "Lüin Devisin içində" (Inside Llewyn Davis) komediyasına veriblər. İranlı rejissor Əsğər Fərhadinin "Keçmiş" filmində oynayan fransız aktrisası Berenis Bejo "Ən yaxşı qadın roluna görə" mükafata layiq görülüb. "Ən yaxşı kişi roluna görə" mükafat isə 76 yaşlı Brüs Bernə ("Nebraska" filmi) təqdim edilib. Vaxtilə Alfred Hiçkokla birgə çalışmış Bern "Nebraska" ilə karyerasını bitirib.

"Ən yaxşı rejissor" mükafatı isə meksikalı Amat Eskalante-tə çatıb. Gənc rejissorun "Heli" filmi Meksika əyalətlərinin birində baş verən sosial dramdır.

Filmdən bir parça.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG