Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 06:26
Çərşənbə günü Londonda hərbçini qətlə yetirməkdə şübhəli bilinənlərdən biri 2010-cu ildə Keniyada həbsdə olub.
Bu barədə Böyük Britaniyanın xarici işlər nazirliyi məlumat yayıb.

Kütləvi informasiya vasitələrinin məlumatına görə, Michael Adebolajo həmin vaxt Somaliyə girmək istəyən islamçı qruplardan birinə rəhbərliyə cəhdə görə məhkəməyə cəlb olunubmuş.
Amma kifayət qədər dəlil olmadığından o bir qədər sonra azad edilib.
Bu barədə France Presse agentliyi Keniya hakimiyyətinə istinadla xəbər verir.

Michael Adebolajo ilə Michael Adebowale mayın 22-də Londonda hərbçini günün günorta çağı qətlə yetiriblər.
Onların ikisi də hazırda yaralı halda hospitalda nəzarət altındadırlar.

Günün bütün mövzuları

XS
SM
MD
LG