Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 06:28

Kerry Misir prezidentini vədindən dönməməyə çağırıb


 Muhammad Morsi və John Kerry
Muhammad Morsi və John Kerry
ABŞ Dövlət katibi John Kerry Misir prezidenti Mohammad Morsini iqtisadi islahatlar və insan haqlarına əməl edilməsi ilə bağlı verdiyi vədlərdən dönməməyə çağırıb.

Kerry şənbə günü Afrika Birliyi ölkələrinin Efiopiya sammiti çərçivəsində Morsi ilə görüşüb.
ABŞ rəhbərliyindəki mənbənin məlumatına görə, Kerri ona bildirib ki, Misirin yenidən qurulmasında uğur bu ölkədəki yeni hakimiyyətə ABŞ və beynəlxalq aləmin gələcək dəstəyindən aslı olacaq.

Vaşinqton bundan əvvəl Qahirəyə 190 milyon dollar yardım vəd edib və qeyd edib ki, əgər islahatlar reallaşsa daha 250 milyon dollar ayıra bilər.
XS
SM
MD
LG