Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 22:53
-
Prezident İlham Əliyev Avropa Şurası Parlament Assambleyası prezidentinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Görüş mayın 26-da baş tutub. Məlumatı AzerTAC yayıb.
Görüşdə İlham Əliyev Azərbaycan ilə Avropa Şurası Parlament Assambleyası arasında uğurlu əməkdaşlığın həyata keçirildiyini vurğulayıb.
Avropa Şurası Parlament Assambleyasının prezidenti Jean-Claude Mignon Azərbaycana ikinci dəfə səfər etməsindən məmnun olduğunu deyib. AzerTAC-ın yazdığına görə, cənab Mignon Azərbaycanda sürətli inkişaf proseslərinin şahidi olduğunu söyləyib, Azərbaycanın iqtisadi və digər sahələrdə qazandığı uğurların önəmini diqqətə çatdırıb.
Qonaq onu da deyib ki, səfərdə məqsədlərindən biri Azərbaycanın Avropa Şurası Parlament Assambleyasının Nazirlər Komitəsinə qarşıdan gələn sədrliyinə hazırlıq prosesi ilə bağlı məsələlər ətrafında fikir mübadiləsinin aparılmaqdır.
Avropa Şurası Parlament Assambleyası prezidenti Jean-Claude Mignonun başçılıq etdiyi nümayəndə heyəti mayın 25-də bakıya gəlib.
Səfər çərçivəsində cənab Mignonun Milli sədri Oqtay Əsədov, xarici işlər naziri Elmar Məmmədyarov, parlamentdə təmsil olunan siyasi partiyaların rəhbərləri, MM-in Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr Komitəsinin üzvləri ilə görüşlər keçirəcəyi gözlənilir. AŞPA prezidentinin QHT təmsilçiləri ilə görüşü də nəzərdə tutulur.
Səfər mayın 28-də başa çatacaq.

Günün bütün mövzuları

XS
SM
MD
LG