Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 04:29

Vasif Talıbov iməcilikdə iştirak edib


Arxiv foto
Arxiv foto
-


Tənqidi jurnalistikadan, müxtəlif fikirləri əks etdirən məqalələrdən, debat və müzakirələrdən təngə gəlmisənsə, «Şərq qapısı» qəzetini oxu!

Şərq qapısı 21 may 2013

Muxtar respublikada növbəti şənbə iməcilikləri keçirilmişdir
«Yaşıllıqlar zəngin oksigen, təmiz hava, ekologiyanın qorunması üçün etibarlı sipər və sağlam ətraf mühit deməkdir. Əkilən hər bir ağac, salınan meyvə bağları, yaşıllıq zolaqları torpağın mühafizəsində və münbitliyinin təmin edilməsində mühüm rol oynayır.
Bu gün muxtar respublikamızda təbiətin mühafizəsinə, yaşıllıq sahələrinin artırılmasına, ekoloji tarazlığın qorunmasına xüsusi diqqət yetirilir. Həyata keçirilən ekoloji siyasətin əsas məqsədi insanların sağlamlığını qorumaqdan və muxtar respublikanın təbiətini zənginləşdirməkdən ibarətdir. Salınan meyvə bağlarına və yaşıllıq zolaqlarına qulluq göstərilməsində iməciliklərin mühüm əhəmiyyəti vardır».
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin, Nazirlər Kabinetinin, Naxçıvan Şəhər İcra Hakimiyyətinin, Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin kollektivləri Babək rayonunun Nəzərabad kəndi yaxınlığında salınmış 15 hektarlıq meyvə bağında keçirilən iməcilikdə iştirak etmişlər. Ötən iməciliklər dövründə ərazidə 5 mindən artıq müxtəlif meyvə tingləri əkilmiş, damcı üsulu ilə suvarma sistemi quraşdırılmışdır. İməcilik iştirakçıları ağaclara aqrotexniki qulluq göstərmiş, budama işləri aparmışlar.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov iməcilikdə iştirak etmişdir.
BASKETBOL ÜZRƏ MUXTAR RESPUBLİKA TURNİRİ BAŞA ÇATIB
Xalqımızın ümummilli lideri Heydər Əliyevin 90 illik yubileyinə həsr edilmiş basketbol üzrə muxtar respublika turnirinə yekun vurulub.
Mayın 23-də İlham Əliyev adına Olimpiya İdman Kompleksində turnirin son mərhələsinin görüşləri keçirilib. Xəbər verdiyimiz kimi, Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin və muxtar respublika Basketbol Federasiyasının təşkil etdiyi turnirdə iki yarımqrupda 8 komanda dairəvi sistem üzrə yarışıb. Finala çıxan komandalar arasında ilk qarşılaşma Şərur komandası ilə Naxçıvan şəhərinin 2 nömrəli komandası arasında olub. Görüş 32:19 hesabı ilə birincinin xeyrinə başa çatıb. Birinci və ikinci yerlər uğrunda mübarizə aparan 1 nömrəli Naxçıvan şəhər komandası ilə Ordubad komandası arasındakı görüş isə 52:42 hesabı ilə paytaxt idmançılarının qalibiyyəti ilə nəticələnib. Beləliklə, yekun turnirdə Naxçıvan şəhərinin 1 nömrəli komandası birinci, Ordubad komandası ikinci, Şərur komandası isə üçüncü yerə layiq görülüb.
Qalib komandaların üzvlərinə Naxçıvan Muxtar Respublikası Basketbol Federasiyasının diplom və qiymətli hədiyyələri təqdim olunub.
XS
SM
MD
LG