Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 05:50

Mikayıl Cabbarov Şirvanda sakinlərlə görüşür


Mikayıl Cabbarov görüş zamanı
Mikayıl Cabbarov görüş zamanı
-
Təhsil nazir Mikayıl Cabbarov Şirvandakı Mədəniyyət Mərkəzində vətəndaşların qəbuluna başlayıb.

Nazirlə görüşə Şirvan şəhərindən və ətraf 8 rayondan şikayətçilər gəlib.

Qəbula Təhsil Nazirliyinin rəsmi saytı vasitəsi ilə 39 nəfər yazılıb. Bundan başqa görüş keçirilən vaxta da qəbula yazılanlar var.
Ümumilikdə nazirin görüş zamanı 60 nəfərə yaxın şikayətçini qəbul edəcəyi bildirilir.

Qəbulda Mikayıl Cabbarovu Təhsil Nazirliyinin Aparat rəhbəri İlham Pirməmmədov və rayon təhsil şöbələrinin rəhbərləri də müşaət edirlər.
Əsas şikayətlər illik təhsil haqqının baha olması və işə qəbulla bağlıdır.
XS
SM
MD
LG