Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 06:13
İnterpol Heritage Capital fondunun rəhbəri William Brauderin axtarışı ilə bağlı Rusiyanın müraciətini rədd edib.
Bu barədə fondun yaydığı bəyanatda bildirilir.

İnterpolun xüsusi komissiyası işin siyasi xarakterli olduğunu deyir.
Moskva məhkəməsi bu ilin aprelində onun həbsinə qiyabi order verib.
Rusiya hakimiyyəti onu “Qazprom” şirkətinin səhmlərini mənimsəməkdə ittiham edir.
İstintaqın gəldiyi nəticəyə görə, Brauderin hərəkəti şirkətə 3 milyard rubl ziyan vurub.

Bu işin Hermitage Capital fondunun vergidən yayınması və fondun hüquqşünası Sergei Magnitskinin Moskva istintaq təcridxanasında ölümü ilə əlaqəsi yoxdur.

Günün bütün mövzuları

XS
SM
MD
LG