Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 08:09

Stockholmda gənclərlə polis arasında qarşıdurma


Stockholmda etirazlar zamanı yandırılan maşın

Stockholmda etirazlar zamanı yandırılan maşın

-
5-cı gecədir Stockholm ətrafında yaşayan gənclərlə polis arasında qarşıdurma davam edir. Kütləvi çıxışlar zamanı gənclər maşınları yandırır, polisə hücum edirlər. Ötən gecə ancaq 1 saat ərində 21 maşının yandırıldığı deyilir.
Hər şey polis əməliyyatı zamanı 68 yaşlı bir kişinin güllə ilə öldürülməsindən başladı.

Rəsmilər iddia edir ki, həmin adam əlindəki bıçaqla polisə hücum edəndə vurulub. Lakin bu hadisədən qəzəblənən gənclərlə polisin qarşıdurması artıq fakt idi və kütləvi iğtişaşlar halında İsveç paytaxtının başqa məhəllərinə də yayılıb. Əsasən gecə vaxtı toplaşan gənclər maşınlara və evlərə od vurur, polis məntəqələrinə hücum edirdilər.
Mətbuat narazılığın səbəbini sosial problemlərdə, mühacir ailələrindən olan gənclərin İsveç cəmiyyətində oturuşmasının çətnliyində görür.
Bir çoxları vaxtiylə Parisdə, Londonda olan hadisələrlə Stockholm iğtişaşlarının bənzərliyini qeyd edir.
Lakin bu gecə polisin ehtiyyat etdiyi daha bir hadisə baş verib, küçələrə özünümüdafiə dəstələri adı ilə nasistlər də çıxıb.

İsvec mediasi yazır ki, 200 yaxın neonasist 30-cu illər modelli maşınlarda küçələrdə görünüb.

Polisin neonasistlər arasında da həbslər apardığı bildirlir.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG