Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 12:11
Livanın şimalındakı Tripoli şəhərində Suriya prezidenti Bashar Assadın tərəfdarları ilə əlehdarları arasında toqquşmalar davam edir.
Yerli təhlükəsizlik xidməti azı 1 nəfərin öldüyünü xəbər verir.

Məlumatlara görə münaqişədə ağır silahlar və raketlərdən də istifadə edilib.
Son 7 gün ərzində baş verən toqquşmalarda 24 nəfərin öldüyü xəbər verilir.

Bundan əvvəl də Livanda Bashar Asadın tərəfini saxlayan ələvilərlə üsyançıları dəstəkləyən sünnilər arasında toqquşmalar olub.

İndiki toqquşmalar çox güman ki, Suriya ordusunun Livan sərhəddində yerləşən Əl Qusseyr şəhərinə hücumu ilə bağlıdır.
Bu döyüşdə Livandakı “Hizbullah” qrupu hökumət qoşunlarının tərəfindən vuruşur.

Günün bütün mövzuları

XS
SM
MD
LG