Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 16:13

Elçibəyin müşavirəsi, jurnalistlərin ev məsələsi


-
«ƏBÜLFƏZ ELÇİBƏYİN KEÇİRDİYİ MÜŞAVİRƏSİNİN STENOQRAMI YAYILDI»
«Azərbaycan» qəzeti 20 il əvvəl, 1993-cü il mayın 25-də Azərbaycanın sabiq prezidenti Əbülfəz Əliyevin iştirakı ilə prezidentin icra aparatında hüquq-mühafizə orqanları ilə birgə keçirilən müşavirənin stenoqramını dərc edib. Qəzet həmin müşavirədə Əbülfəz Elçibəyin dediklərinə diqqət çəkir: «Ay məmurlar, rüşvəti milyonlarla dollar almayın, yüz minlərlə alın, insafla alın».
Əbülfəz Əliyev
Əbülfəz Əliyev
Qəzet həmin müşavirədə Ali Məhkəmənin o vaxtkı sədri Tahir Kərimli ilə Əbülfəz Elçibəyin dialoqunu verib.
Əbülfəz Elçibəy: Sənə bir sualım var. Tutaq ki, on il bir adam pambıq zavodunun direktoru və yaxud ət kombinatının direktorudur. Bu, mafiozdur?
Tahir Kərimli: Mafiozdur.
Əbülfəz Elçibəy:

Bax, bu, xalqın fəlsəfi baxışıdır. Gözü ilə görür ki, bu, ət kombinatını 10 ildir basıb yeyir. Sən isə götürüb onu öz işinə bərpa edirsən. Sonra da deyirsən ki, hüquqşünasam. Sən hardansa sənəd tapıb ortaya çıxara bilərsən, ancaq xalq görür ki, o, on ildir basıb yeyir. Qabağıma sənəd qoyursan ki, onun işində cinayət tərkibi yoxdur. Amma xalq görür ki, o, dağıdır ey, dağıdır...
MÜDAFİƏ NAZİRİ RAYONLARA ONA GÖRƏ GETMİR Kİ...
«Azadlıq» qəzeti məmurların regionlara səfərlərindən yazır və onların arasında müdafiə naziri Səfər Əbiyevin olmamasına diqqət çəkir.
Səfər Əbiyev
Səfər Əbiyev
Qəzetə görə, bu daha çox Səfər Əbiyevlə görüşmək istəyənlərin çox olması ilə bağlıdır:
«Xüsusilə də övladlarının itirmiş əsgər valideynləri, ya da orduda yaralanmış əsgərlərin yaxınları nazirin qəbuluna gələcəklər. Bu şikayətçilərin sayı o qədər çoxdur ki, kimsə risk edib Səfər Əbiyevi o valideynlərin qarşısına göndərmək istəmir... Səfər Əbiyevin rayonlara səfər etməməsinin səbəbini nazirliyin mətbuat xidmətinin rəis müavini Teymur Abdullayev belə cavablandırdı: Mən bu məsələyə şərh vermək istəmirəm».
EV MƏSƏLƏSİ JURNALİSTİKANI QARIŞDIRIB?
«Yeni Müsavat» ev məsələsinin jurnalistikanı qarışdırdığını yazır.

Bu məsələ ilə bağlı qəzet ayrı-ayrı jurnalistlərin fikirlərinə yer verib. Qəzetə görə, jurnalistlər mənzil verilməsi məsələsində Mətbuat Şurasının şərtləri ilə razılaşmırlar. Beləki həmin şərtlərdə jurnalistin sonuncu iş yerində 3 il iş stajı olması istənilir. Bəzi jurnalistlər uzun müddət başqa mətbu orqanda çalışdıqları, amma son bir və ya iki ildə iş yerlərini dəyişdikləri üçün onlara ev verilməməsini ədalətsizlik sayırlar: «Ona görə də ədalətli prinsip kimi fərdi qaydada müraciətlərin olmasını istəyirəm. Elə olsa, komissiya yaradılardı. Onlar müəyyən edərdi ki, kimin evi var, kimin yoxdur».
JURNALİSTLƏRƏ HƏSƏD APARAN BAYIL SAKİNLƏRİ
«Kaş, bizi də bu cür yada salardılar...» Bunu «Bizim yol»a danışan Bayıl sakinlərin jurnalistlərə ev tikilməsinə belə münasibət bildiriblər:
«18 gün Ağdamda gülləbaranın altında xəstə sağaltmışam. Ancaq bizim əməyimizə qiymət verən yoxdur. Bu dəqiqə elə bir daxmada yaşayıram ki, iti bağlasan qalmaz. Deyirlər plana düşəcək. Bir tərəfdən sevinirəm, digər tərəfdən də evi plana düşənlərin vəziyyətini görmüşük axı... Baxın evimizin arxasında cah-cəlalla bina tikilir. Deyirlər jurnalistlər yaşayacaq. Kaş bizi də bu cür yada salardılar...»
«MÜXALİFƏTIN «ŞURA-ŞURA»OYUNU»
«Yeni Azərbaycan» qəzeti yazır ki, «müxalifətin «şura-şura» oyunu öz başında çatlayır». Qəzetə görə, «Ziyalılar forumu», «İctimai Palata», «Milli Şura» yalnız və yalnız radikalların gündəmdə qalmaq və mövsümi dividentlər əldə etməyə yönəlmiş şoudan başqa bir şey deyil.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG