Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 15:15

Rusiyanın Krımdakı konsulu öz bəyanatına görə istefa verib

Ukraine -- The Crimean Tatars are picketing the building of the Consulate General of Russia in Simferopol, demanding to expel the Russian Consul General Volodymyr Andreyev, who lived up deportation of Crimean Tatars, 23May2013

Ukraynanın Krım Muxtar Respublikasındakı Rusiya konsulu istefa verib. İstefaya səbəb Vladimir Andreyevin İİ Dünya müharibəsi vaxtı krım tatarlarının deportasiyası haqda dedikləridir.

Andreyev istefasını cümə günü jurnalistlərə belə izah edib ki, o, Rusiyanın xarici işlər nazirliyinin bu məsələdə tutduğu mövqeyə etiraz olaraq istefa verib.

Yerli televiziyaya 3 gün qabaq müsahibəsində konsul demişdi ki, 1944-cü ildə Krım tatarlarının Orta Asiyaya və Sibirə sürgün olunması tatarların nasistlərlə əməkdaşlıq etməsi və satqınlıqla birlikdə götürülməlidir.

Krım tatarlarının liderləri Andreyevin bu bəyanatını pisləyərək bildirdilər ki, konsul belə deməklə, on minlərlə tatarın ölümünə bais olan sürgünə haqq qazandırır.

Rusiyanın xarici işlər nazirliyi isə cümə axşamı bəyanat verdi ki, Andreyevin dediklərində həssas məsələ ilə bağlı qeyri-korrekt elementlər var.

Günün bütün mövzuları

XS
SM
MD
LG