Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 18:38
-
Lerik rayon sakini, AXCP Ali məclisin üzvü Firudin Səmədov polislər tərəfindən saxlandığını deyir. Onun sözlərinə görə tədbir üçün icra hakimiyyəti ilə razılığa gəlsələr də polis müdaxilə etməkdən çəkinməib.
”Müşavirə keçirmək barədə rayon icra hakimiyyətinə müraciət etmişdik. Bizə razılıq verdilər, amma dedilər ki ,səsiz keçirdin. Biz də yeməkxanda yer tutmuşduq. Bakıdan gələnləri gözləyirdik. Polislər gəlib məni və AXCP rayon təşkilatın sədri Əsgər Kərimovu ayrı- ayrı maşınlara mindirdilər. Məni evimə gətirdilər. Yolda da polis qoydular. Əsgər Kərimovdan isə xəbərim yoxdur.”
Onun verdiyi xəbərə görə Bakıdan tədbirə gəlmək istəyənlər Lerik rayonun Əliabad kəndin yaxınlığında polislər tərəfindən saxlanılıb.Bura toplaşan mülkü adamlar gələnlərə yumurta atıblar.
Lerik rayon polis şöbəsinin nöğvbətçi hissəsindən bu barədə onlara məlumat daxil olmadığını bildiriblər.
XS
SM
MD
LG