Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 05:44

Gəncədə sakinlər saqqalların qırxılmamasını istədilər


Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsinin sədri Elşad İsgəndərovla Gəncədə görüş

Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsinin sədri Elşad İsgəndərovla Gəncədə görüş

-
Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsinin sədri Elşad İsgəndərov mayın 24-də Gəncədə qərb bölgəsindən olan sakinlərlə qəbul keçirib. 30-dan çox sakinin qatıldığı qəbulda kimi məscidlərin sıxlığından, kimi səbəb göstərilmədən qapadılan məscidlərdən, kimi də evindən çıxarılaraq zorla saqqalının qırxılmasından danışdı.
Gəncə sakini İlham İbrahimov Şahsevənlər məhəlləsindəki məscidin niyə qeydiyyata alınmaması ilə maraqlandı:
«Bizim müraciətimiz Sahsevənlər məhəlləsindəki məscidin bağlanması ilə bağlıdır. Bu məscidi 8 il işlətmişik. Heç bir təxribat və qüsur olmayıb. Qeydiyyat problemi ilə üzləşmişik. Nə qədər müraciət edirik ki qeydiyyata alsınlar, yaxın duran yoxdur».
Qəbula yazılan bir başqa sakin Vidadi Abbasovun sğzlərinə görə, polislər saqqal saxladıqları üçün ona və dindar yoldaşlarına təzyiq göstərirlər. O, Komitə sədrindən problemin təkrarlanmamasından ötrü tədbir görülməsini istəyib:
«İstər zahiri, istərsə daxili işlərimizdə çalışırıq ki, Allah deyən kimi olsun. Bir çox əsayiş keşikçisi var ki, vəzifələrindən sui-istifadə edir, hökmlə dindar qardaşların saqqalların qırxdırır və onları alçaldır. Polis 2 gün öncə bir nəfərin önünü kəsərək deyib ki, 2 gün möhlət verirəm, saqqalını qırxmasan, təzyiq edəcəyik. Biz doğrudan da azad respublikada yaşayırıqsa, necə geyinib, necə gəzmək azad seçimlə müəyyənləşəcəksə, sözlə əməlin uyğunsuzluğu adamda narazılıq yaradır».

MƏSCİD TİKİNTİSİ ÜÇÜN SƏNƏD PROBLEMİ
Ağstafa sakini Murad Cəfərov kənd icmasının məscid tikmək təşəbbüsünün 3 ildir süründürməçiliyə salındığını və tikintiyə razılıq almaq üçün gəldiyini söylədi:
«Astafa rayonunun Tatlı kəndindən dindarların xahişini çatdırmağa gəlmişik. İnanclı insanların ibadət çətinliyi var. Məscid tikintisinə icazə istəyirik, çünki sənəd problemimiz var».
Sakinləri dinləyən komitə sədri bildirdi ki, regionda məscidlərdəki sıxlıq problemi aradan qaldırılacaq. Zamanla istifadəyə yararsız məscidlər bərpa ediləcək, lisenziyası olmayan məscidlərin işi araşdırılacaq:
«1700-dən artıq məscid var ki, 500-ü fəaliyyət göstərmir. Yararsız vəziyyətdədirlər. Onların bir qismi təmir olunacaq. Regionda məscidlərdə, əsasən, sıxlıq məsələsi var».
Komitə sədri bölgədə saqqal qırxımı məsələsinə də münasibətini açıqlayaraq bildirdi ki, son 1 il boyunca nəinki bölgədə, ümumiyyətlə Azərbaycanda dindarların saqqallarına müdaxilə və ya buna görə təzyiq yoxdur:
- Son ilyarımda belə hal baş verməyib. Belə hallar qəti şəkildə qəbulolunmazdır. Təlimat vermişik ki, müvafiq addımlar atılsın”.
Dini Qurumların İşi üzrə Dövlət Komitsinin rəhbəri ABŞ Dövlət Departamentinin dini azadlıqla bağlı hesabatının Azərbaycanla bağlı hissəsinə də yaxın günlərdə müasibət bildirəcəyini söylədi.

Şərhləri göstər

XS
SM
MD
LG