Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 20:10

Londonda təyyarə insidenti ilə bağlı 2 nəfər həbs olunub


Britaniyanın Skynews televiziyasının məlumatına görə, Londonun Stansted hava limanında iki nəfər həbs olunub. Onlar Pakistan Hava Yollarının təyyarəsində baş vermiş insidentlə bağlı saxlanıblar. Bu adamlar təyyarənin uçuşuna təhlükə törətməkdə şübhəli bilinirlər. Başqa detallar bildirilmir.

Mayın 24-də içərisində 297 sərnişin olan “Boing -777” təyyarəsi istiqamətini dəyişdi və Manchester əvəzinə Londonun Stansted hava limanına gəldi. Onu Britaniyanın qırıcı təyyarəsi müşayət edirdi.

Sərnişinlərdən heç birinə zərər dəyməyib. Pakistan şirkətinin əməkdaşı Skynews-a deyib ki, Manchesterdə yerə enməyə 25 dəqiqə qalmış aviadispetçer pilotla əlaqə saxladı və pilota təhlükəsizlik xidmətlərindən informasiya verildi.

Təyyarə Pakistanın Lahor şəhərindən uçurdu.
XS
SM
MD
LG