Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 15:54

İspaniya şahzadəsinə qarşı istintaq başlanır


İspaniya məhkəməsi Şahzadə Cristinanın ödədiyi vergilərlə bağlı istintaqa başlamağa qərar verdi.

Hakim Jose Castro bildirib ki, o, İspaniya kralı Juan Carlosun qızı Cristinanın 2007-ci ildən 2010-cu ilə kimi vergidən yayınıb-yayınmamasını və ya pul yuyub-yumamasını müəyyən etmək üçün vergi agentliyindən məlumat istəyib.

Hakimlərin Cristinanın pulları ilə maraqlanması onun həyat yoldaşı İnaki Urdangarinə qarşı cinayət işi ilə bağlıdır.

Şahzadənin əri ictimai fondlardan 6 milyon avro mənimsəməkdə, vergidən yayınmaqda, sənədləri saxtalaşdırmaqda ittiham olunur. Cristina ərinin yaratdığı və mənimsənən pulların ötürüldüyü güman olunan Arizona şirkətində 50 faiz paya malikdir.
XS
SM
MD
LG