Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 08:11

Şahzadənin korrupsiyada əli olub-oimaması araşdırılır


İspaniya şahzadəsi Cristina əri İnaki Urdangarin ilə. Stokholmda səfər zamanı. 19 iyun 2010

İspaniya şahzadəsi Cristina əri İnaki Urdangarin ilə. Stokholmda səfər zamanı. 19 iyun 2010


İspaniyada məhkəmə şahzadə Cristinanın ödədiyi vergilərlə bağlı araşdırmaya başlamağa qərar verdi.

Mayın 24-də hakim Jose Castro bildirib ki, o, İspaniya kralı Juan Carlosun qızı Cristinanın 2007-2010-cu illərdə vergidən yayınması və ya çirkli pulların yuyulmasında iştirakı barədə iddiaları araşdırmaq üçün vergi agentliyindən məlumat istəyib.

Hakimlərin Cristinanın pulları ilə maraqlanması onun həyat yoldaşı İnaki Urdangarinə qarşı cinayət işi ilə bağlıdır.

Şahzadənin əri ictimai fondlardan 6 milyon avro mənimsəməkdə, vergidən yayınmaqda, sənədləri saxtalaşdırmaqda ittiham olunur.

Urdangarin bu pulu Noos xeyriyyə Fondunun rəhbəri kimi mənimsəməkdə günahlandırılır.

Bundan başqa, həndbol üzrə İspaniya yığmasının keçmiş oyunçusu olan Urdangarin idman və biznes yığıncaqları təşkil edirmiş və kral ailəsi ilə yaxınlığından istifadə edərək şəhər, əyalət rəhbərlərini məcbur edirmiş ki, bu yığıncaqların pulunu ödəsin.

Şahzadə Cristina da əri ilə əlbir olmaqda şübhəli bilinirdi, ancaq sübutlar olmadığına görə bundan əvvəl ona qarşı ittiham ləğv edilmişdi.

Ancaq hakim Castro bildirir ki, şahzadə Cristinanın ərinin yaratdığı və Noos fondundan pulların ötürüldüyü güman olunan Arizona şirkətində 50 faiz payı var. Cristinanın vergilərinin araşdırılması məhz onun bu şirkətdəki iştirakı ilə bağlıdır.

Günün bütün mövzuları

XS
SM
MD
LG