Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 10:30

İlkin Rüstəmzadənin vəsatəti təmin edilməyib


-

Bakı Appeliasiya məhkəməsində gənc fəal İlkin Rüstəmzadənin müraciətinə baxılıb. Bu barədə AzadlıqRadiosuna onun vəkili Nemət Kərimli məlumat verib.

“Məhkəmə Nəsimi Rayon məhkəməsinin qərarını qüvvədə saxladı. İlkini də məhkəməyə gətirmişdirlər. O özünü təqsirkar bilmir. Çıxış edib dedi ki, onlar demokratiya uğrunda mübarizə aparırlar. Qanunsuz qərar verənlər bir cavab verəcəklər”.

Nemət Kərimli İlkinin saxlanılma şəraitindən narazı olmadığını bildirdi. Vəkil ona qarşı irəli sürülən ittihamı da gülməli adlandırdı.

“Harlem shake” cinayət belə olsa onu çəkməyə görə cinayət məsuliyyətinə cəlb oluna bilməz. Rəsmi ittiham özü absurddur. Ən absurd ittiham indiyədək Tofiq Yaqubluya olmuşdu. Bu ittiham isə onu kölgədə qoydu”.

Vəkil bildirdi ki, İlkin Rüstəmzadənin həbsinin ev dustaqlığı ilə əvəz edilməsi ilə bağlı vəsatət qaldıracaq.

Azad Gənclik Təşkilatının üzvü İlkin Rüstəmzadə barəsində Nəsimi rayon Məhkəməsi 2 aylıq həbs qətimkan tədbiri seçib. O, Youtube-da yerləşdirilən «Hаrlem Shake» videosunu hazırlamaqda təqsirləndirilir.

Günün bütün mövzuları

XS
SM
MD
LG