Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 11:12

Françios Zimeray: «My way» mahnısındakı kimi davranmağı xoşlayırıq


-
François Zimeray

François Zimeray

Fransanın İnsan hüquqları və Xolokost xatirəsinə ehtiram borcu üzrə məsul Səfir Françios Zimeray (Fransua Zimeray) AzadlıqRadiosuna müsahibəsində Azərbaycanda insan haqlarının durumunu qiymətləndirərkən deyib ki, azadlıq yalnız xüsusi hallarda məhdudlaşdırıla bilər:
«Vicdan və ifadə azadlıqları müqəddəs anlayışlardır. İnsan hüquqlarının, insan azadlıqlarının məhdudlaşdırılması yalnız qanunvericilik vasitəsilə və yalnız çox dəqiq (xüsusi) hallarda tətbiq etməlidir. Ölkənizdə insan hüquqlarını irəli aparmağa çalışan gənclər, qadınlar, insanlar var. Onları hamı qorumalıdır. Azərbaycanın beynəlxalq aləmdə can atdığı yer, eləcə də Fransa-Azərbaycan münasibətləri bir fransız olaraq mənə çox önəmli və əzizdir».
Məsul Səfir Azərbaycanla Fransanı müqayisə edərək deyib ki, hər iki ölkə müstəqilliyindən qürur duyur:
«Biz başqalarına oxşamaq və başqaları kimi etmək istəmirik. «My way» mahnısını eşitmisiniz? Biz o mahnıdakı kimi davranmağı xoşlayırıq. Ona görə də Azərbaycan hökumət orqanları ilə insan hüquqlarına dair dialoqumuzu davam etdirmək istəyirəm. Burada hər hansı ictimai hökm vermək niyyətində deyiləm. Çünki düşünürəm ki, Fransa- Azərbaycan münasibətləri daha çoxuna layiqdir. Ona görə istəyirəm ki, hakimiyyət orqanları ilə öz aramızda dostcasına dialoq qura bilək. Burada mən insan haqlarını dəstəkləməklə siyasətlə məşğul olmuram. Çünki insan hüquqları qərb dəyərləri deyil, universal dəyərlərdir».
Fransanın İnsan hüquqları Xolokost xatirəsinə ehtiram borcu üzrə məsul səfir Françios Zimeray-ın Bakıya 22-23 may tarixlərində olan səfəri başa çatıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG