Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 00:11

Suriya hökuməti beynəlxalq konfransda iştiraka prinsipcə razı oldu


Rusiyanın xarici işlər nazirliyi bildirir ki, Suriya hökuməti Rusiya və ABŞ-ın təklif etdiyi konfransa prinsipcə razılaşıb.

Bunu nazirliyin sözçüsü Lukashevich elan edib:
“Münaqişənin həllini suriyalıların özlərinin tapması üçün Dəməşq Suriya üzrə beynəlxalq konfransda iştiraka prinsipcə hazır olduğunu bildirib.”

Suriya üzrə sülh konfransına “Cenevrə 2” adı qoyulub və iyun ayında İsveçrənin Cenevrə şəhərində keçirilməlidir.

Müxalifətin Suriya Milli Koalisiyası isə bu gün İstanbulda müzakirə aparır ki, Assad rejimi ilə danışqlarda iştirak etsin yoxsa yox.

Koalisiyanın sözçüsü Louay Safi deyib: “Birincisi, biz bunu Rusiyadan yox, Suriya hökumətindən eşitmək istərdik. İkincisi, hökumətin konfransdakı nümayəndə heyətinin səlahiyyəti olmalıdır ki, keçid hökuməti ilə bağlı qərarlar verə bilsin. Bunlar aydın deyil”.
XS
SM
MD
LG