Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 04:17

Attestatların verilmə qaydalarında dəyişiklik edilib


Təhsil haqqında attestat və digər sənədlərin verilməsi ilə bağlı münasibətləri tənzimləyən qanunvericilik aktlarına dəyişikliklər edilib. Bu barədə Təhsil Nazirliyinin rəsmi saytında məlumat verilib.

Qərara əsasən illik qiymətlərdən asılı olmayaraq bütün 9-cu sinif şagirdləri buraxılış imtahanlarına buraxılırlar. Onlar həmçinin buraxılış imtahanında alınan qiymətlərdən asılı olmayaraq, yekun attestasiyanın nəticələrini özündə əks etdirən şəhadətnamə ala biləcəklər.

11-ci sinifi bitirənlər bütün fənlər üzrə müsbət illik qiymətlər (3 və daha yuxarı) alaraq buraxılış imtahanlarına buraxılırlar. 10 və 11-ci siniflər üzrə illik qiymətlər və imtahanda alınan qiymətlərin orta qiyməti bu məzunların attestat qiyməti olur.

Nəticədə məzunların böyük əksəriyyəti üçün ölkənin ali və orta ixtisas təhsil müəssisələrinə qəbul imtahanlarında iştirak etmək və sosial həyata aktiv şəkildə qoşulmaq imkanları yaranacaq.

2010, 2011 və 2012-ci illərdə attestat almayan şagirdlərin sayı məzunların ümümi sayının 22, 24 və 10.5%-i olub.

Günün bütün mövzuları

XS
SM
MD
LG