Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 16:26

Türkiyədə Səməd Ağaoğlunun yeni kitabları çıxıb


-
Türkiyənin “Yapı Kredi” bankının nəşriyyatı məşhur yazar Səməd Ağaoğlunun “İlk köşə” və “Həyat bir macəradır” adlı kitablarını çap edib.
APA-nın Türkiyə bürosunun xəbərinə görə, Səməd Ağaoğlunun bütün əsərlərinin çap səlahiyyəti Türkiyənin ən böyük nəşriyyatı sayılan “Yapı Kredi” bankın nəşriyyatındadır.
Xatırladaq ki, Səməd Ağaoğlu Azərbaycanın siyasətçisi və dövlət adamı Əhməd Ağaoğlunun övladıdır.
Səməd bəy 1909-cu ildə Bakıda doğulub.
Əhməd bəyin Türkiyəyə mühacirətindən sonra ilk və orta təhsilini İstanbulda, lisey təhsilini Ankarada alıb.
1931-ci ildə Ankara Universitetinin hüquq fakültəsini bitirib.
Atası Əhməd bəyin də təhsil aldığı (1888) Fransanın Sorbon Universitetində hüquq təhsili almağa başlayıb.

16 aydan sonra təhsilini yarımçıq buraxıb geri qayıdıb.
Bir müddət dövlət işində çalışdıqdan sonra 1946-cı ildə Demokrat Partiyasının qurulmasında yaxından iştirak edib.
Türkiyənin nüfuzlu yazıçılarından olan Səməd Ağağoğlu üç dəfə TBMM-ə millət vəkili seçilib, hətta bir müddət siyasi baxışlarına görə həbsdə yatıb.
Səməd Ağaoğlu 20-dən çox kitab yazıb. Onun kitablarından biri « Atamın dostları » adlanır.
1982-ci ildə İstanbulda vəfat edən Səməd bəyin məzarı Fəriköy mzarlığında- Ağaoğlu ailəsinin dəfn edildiyi bölümdədir.

Ağaoğlu ailəsinin məzarları (Foto: Səbuhi Əliyev)
Ağaoğlu ailəsinin məzarları (Foto: Səbuhi Əliyev)

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG