Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 00:25

Azərbaycanda müvəqqəti yaşamaq icazəsinə azı 100 min manatlıq əmlak lazım olacaq


Mayın 24-də Milli Məclis miqrasiya məcəlləsinə dəyişiklikləri müzakirə olunub

Təklif olunan dəyişikliklərə görə əcnəbi Azərbaycan iqtisadiyyatına azı 500.000 manat məbləğində investisiya qoyduqda, azı 100.000 manat dəyərində daşınmaz əmlakı və ya Azərbaycan banklarında həmin məbləğində pul vəsaiti olduqda ona müvəqqəti yaşamaq hüququ verilir.
Bundan başqa yüksək səviyyəli mütəxəssislərə, Azərbaycanda müvəqqəti və ya daimi yaşayan əcnəbi və ya vətəndaşlığı olmayan şəxslərin ailə üzvləri olduqda həmin əcnəbilərə Azərbaycanda müvəqqəti yaşamaq hüququ verilir.

Müzakirəsi zamanı bəzi deputatlar əcnəbi sözünün ölkədən kənarda yaşayan azərbaycanlılara aid edilməsinə, xüsusən də Gürcüstanda yaşayan azərbaycanlılara şamil olunmasına etirazlarını bildirdilər.

Dəyişikliklər ikinci oxunuşda qəbul olindu.

Günün bütün mövzuları

XS
SM
MD
LG