Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 07:17

Ə. Həsənov: «Azərbaycan bitərəf təhlükəsizlik yolunu davam etdirir»


Əli Həsənov

Əli Həsənov

-
«Avropa inkişaf yolu Azərbaycan xalqının maraqlarına tam cavab verir, Azərbaycan xalqının tarixi ənənələrinə uyğundur. Biz gələcək inkişafımızı Avropa dövlətləri və Avropa Birliyi ilə inteqrasiyada görürük».
APA-nın xəbərinə görə, bu sözləri Azərbaycan Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov «Azərbaycanın Avropa yolu: irəliləyişlər və potensiallar» mövzusunda Almaniya-Azərbaycan dialoq forumundakı çıxışında deyib.
Ə. Həsənov bildirib ki, Azərbaycan müsəlman dünyası ilə xristian dünyasının kəsişdiyi bir məkanda birləşdirici bir ölkədir:

«Hər iki sivilizasiyanın dəyərləri, ənənələri Azərbaycanda mövcud idi. Ona görə də müstəqillik əldə edəndə qarşımızda iki inkişaf yolu vardı: ya müasir Avropa cəmiyyətinin dəyərlərini qəbul etmək və Avropa ilə inteqrasiya yolunu tutmaq, ya da müsəlman dünyası ilə sıx inteqrasiyaya getmək. Əlbəttə ki, müsəlman dünyasını birləşdirən İslam Əməkdaşlıq Təşkilatı və digər qurumlar var, amma Azərbaycan xalqı, dövləti və onun liderləri Avropa inkişaf yolunu seçdilər».

NATO YOXSA KOLLEKTİV TƏHLÜKƏSİZLİK MÜQAVİLƏSİ TƏŞKİLATI?
Ə. Həsənov xatırladıb ki, Azərbaycan artıq 1992-ci ildə Avropa inkişaf yolunu seçib və bu seçim Azərbaycan dövlətinin siyasətində, Konstitusiyasında və dövlət quruculuğu ilə bağlı bütün sənədlərdə öz təsdiqini tapıb.
Əli Həsənovun sözlərinə görə, Azərbaycan özünün gələcək təhlükəsizlik modelini NATO-nun və ya Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının tərkibində görmür, Bakı tərəfsiz ölkələr blokuna qoşulmaq yolunu seçib və bu iki təşkilatla da tərəfdaşlıq edərək özünün bitərəf təhlükəsizlik yolunu davam etdirir:

«Bu, o demək deyil ki, Azərbaycan gələcəkdə seçimini dəyişməyəcək və ya dəyişə bilməz. Seçim istənilən zaman dəyişə bilər. Azərbaycanın milli maraqları burda həlledici amildir, milli təhlükəsizlik maraqları sabah tələb etsə ki, NATO-ya qoşulmaq lazımdır, deməli, belə olacaq. Yaxud, milli maraqlar Azərbaycanın KTMT-da iştirakına yenidən baxılmasını tələb edəcəksə, deməli, o məsələyə baxılacaq. Yəni bizim təhlükəsizlik, enerji, iqtisadi, siyasi, sosial maraqlarımız Azərbaycan xalqının ehtiyaclarından, onun maraqlarından doğur və ona əsaslanır».

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG