Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 06:24
-
«Azərbaycanın 2012-ci ilə büdcə kəsirləri təxmin ediləndən 4,7 dəfə az olub».
Bu barədə APA-ya Maliyyə naziri Samir Şərifov deyib.
Onun sözlərinə görə, 2012-ci ilin dövlət büdcəsi 634 mln. manat kəsirlə təsdiq edilsə də, gəlirlər proqnozunun artıqlaması ilə icra edilməsi və xərclərdə qənaətin əldə edilməsi nəticəsində büdcə kəsirinin maliyyələşməsi mənbələrindən tam istifadə edilməsi zərurəti yaranmayıb. Bununla əlaqədar olaraq faktiki olaraq büdcə kəsiri 135 mln. manat təşkil edib. Nəticədə, dövlət büdcəsinin kəsiri ÜDM-in 0,3%-i həcmində olub ki, bu da proqnozdan 1,1 faiz bəndi azdır.
Maliyyə naziri əlavə edib ki, 2012-ci il dekabrın 31-i vəziyyətinə dövlət büdcəsinin vahid xəzinə hesabında 465 mln. manat qalıq vəsait mövcud olub və həmin vəsaitin 2013-cü il dövlət büdcəsinin kəsirinin maliyyələşdirilməsinə və dövlət borcuna xidmətlə bağlı yarana biləcək xərclərin örtülməsinə yönəldilməsi təklif olunur.

Günün bütün mövzuları

XS
SM
MD
LG