Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 09:03

Sosial şəbəkələrdə mentalitet yanaşması - [Video]


-
Facebook-dan birbaşa şərh yaz

Virtual müzakirələrdə «mentalitet» sözü tez-tez səslənir. Statusuna «mentalitet» tələbi qoyan da var, şərhinə bu gözlə baxan da.
Nədir mentalitet? Yazılmamış qanunlar, beyinlərə yerimiş stereotiplər, yoxsa milli mənəvi dəyərlər?
Azadlıq FM-də Azərbaycan mentalitetini müzakirə etmişik

Əhməd Qəşəmoğlu:
- Mentalitet qədim latın sözü olub ağıl mənasını verir. Bu, hərfi mənadır. İndiki anlamda mentalitet insanda, sosial qrupda, cəmiyyətdə dayanıqlı olaraq formalaşmış xarakterdir.
- Mentalitet sosial, psixoloji, bioloji faktorların təsirindən formalaşır. Bunlardan asılı olaraq, mentalitet müxtəlif xarakterli olur.
- Adətlər mentalitetin bir təzahür formasıdır.
- Bəzən elə təəssürat yaranır ki, mentalitet ancaq məhdudiyyətlərdir.
- İnsan mentalitetinin zəif olmağı qorxuludur. Xalqın mənəvi ruhunu saxlayan dəyərlərə hörmətlə yanaşmaq lazımdır. Gənclərin çoxu beyinlərində yaxşı nə varsa Avropaya bağlayır.
Yazar Sevinc Çılğın:
- Mentalitet sözü haqqında o qədər haqqı olmayan insanlar fikir yürüdüb ki, cəmiyyətdə bu anlayış zərərli bir amil kimi qarşılanır.
- Bu sözü köhnə düşüncəli adamlar işlədəndə insanda bir qıcıq yaradır. Bizdə mentalitetin daha çox zərərli tərəfi qabarıq görsənir.
- Qlobal dəyərləri qəbul etməyə bizim bəzi mental qaydalar əngəl olur. Biz başqalarının fikirlərinə görə yaşamalı oluruq.
- Bizim cəmiyyətdə seksdən danışmaq yasaq olub beyinlərdə.
- Hər şeyə ayıb deyib, ayıb olmayanlardan da çəkindirirlər insanları. Yaxşı olan şeylər bütün cəmiyyətlər üçün yaxşıdır.

Şərhləri göstər

XS
SM
MD
LG