Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 15:16
Böyük Britaniyanın baş nazir David Cameron ölkəsinin heç vaxt terror qarşısında əyilməyəcəyini deyib:

"Dünən Vulviç rayonunda baş verən hadisə hamımızı şoka saldı.
Televiziya ekranları və qəzetlərdə şoka salan səhnə gördük.
Bu qəddarlığı törədənlər bizi parçalamağa cəhd göstərdilər, amma bu bizi yalnız birləşdirəcək, daha güclü edəcək".

Dünən 2 qaradərili adam küçədə 1 nəfəri camaatın gözü qarşısında amansızcasına qətlə yetiriblər.
Qatillər qətli törətdikdən sonra qaçmağa cəhd göstərməyib, polisi gözləyiblər.
Onlardn biri həmin gündən London küçələrində mübarizəyə başladıqlarını deyib.

20 dəqiqədən sonra hadisə yerinə gələn polis onları yaralayaraq həbs edib.
Onlardan birinin ağır vəziyyətdə olduğu bildirilir.
Onların ikisi də Britaniya vətəndaşı,əslən isə Nigeriyadandılar.

Günün bütün mövzuları

XS
SM
MD
LG