Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 22:30
ABŞ Dövlət katibi John Kerry İsrail və Fələstin rəhbərliyi ilə Yaxın Şərqdəki vəziyyəti müzakirə edib.

O bu gün səhər Qüdsdə İsrailin baş naziri Benjamin Netanyahu, sonra isə Ramallahda Fələstin prezidenti Mahmud Abbasla görüşüb.

Netanyahu gprüşdən əvvəl heç bir ilkin şərtsiz sülh danışıqlarını bərpa etməyə hazır olduğunu bildirib.
Mahmud Abbas isə Fələstin ərazilərində yəhudi qəsəbələrinin tikintisinin dayandırılmasını tələb edib.

Tərəflərin Suriyadakı vəziyyət və İranın nüvə proqramını da müzakirə etdikləri güman edilir.

Günün bütün mövzuları

XS
SM
MD
LG