Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 14:08

Səfir Morningstar: "Bu nə vəziyyətdir?" - [Video]


-
ABŞ-ın Azərbaycandakı səfiri Richard Morningstar AzadlıqRadiosuna müsahibə verib.
Səfir Azərbaycan vətəndaşlarına Amerikanın cəmi 3 universitetində dövlət hesabına oxumağa icazə verilməsinin səbəbini anlamadığını bildirib.
- AFU-nun üzləşdiyi vəziyyət dəyişməz qalır. Cənab Səfir bunu necə dəyərləndirir?
- Həmin vaxt yetərincə aydın açıqlama vermişdik. Düşünürük ki, AFU önəmli bir universitetdir. Bu təşkilat elə bir təşkilatdır ki, burada bütün siyasi təbəqələrdən olan adamlar – yəni dövlətdən tutmuş, müxalifətin nümayəndələrinədək hamı bir araya gəlib ideyalarını paylaşa, açıq müzakirəyə çıxara bilər. Biz bunun vacibliyini düşünürük və ümid edirik ki, AFU fəaliyyətini davam etdirəcək.
- Gənc fəalların həbsi davam edir. Bu barədə nə düşünürsünüz?
- Bu məsələ barədə də daha öncə də çıxış etmişdik. Ümid edirik ki, Azərbaycan höküməti ilə işləyə, real demokratiya və bu ölkəninin gələcəyi ilə bağlı mövzular üzərində əməkdaşlıq edə biləcəyik. Gənclər bu ölkənin gələcəyidir. Ümid edirəm ki, hökümət və gənclər arasında faydalı danışıqlar baş tutacaq.
Gənclərin sistemin bir parçaları olması və hakimiyyətlə birlikdə işləməsi çox vacibdir. Güman edirəm ki, bu, gənclərlə hakimiyyət arasında olan problemi çözə bilər.
- Qanunvericilikdə internetdə böhtan və təhqirə görə cəzaların müəyyən edilməsini, inzibati həbs cəzalarının 2 ayadək artırılmasını necə qiymətləndirirsiniz?
- Biz həmişə ədalətli və azad seçkilər görmək istəmişik və görəcəyimizi də güman edirik. Bu gözləntilərə demokratik ölkələrdə əsas göstəricilərdən olan sərbəst toplaşmaq azadlığı, azad media da daxildir. Əsas məsələ isə sərbəst toplaşmaq azadlığı və ona qarşı məhdudiyyətlərin qoyulmamasıdır.
Diffamasiyanın cinayətləşdirilməsindən həmişə narahat olmuşuq. Onun cinayət sayılmamasının qanuniləşdirməsinə ümid edirik.
- Azərbaycan vətəndaşları dövlət hesabına indən belə ABŞ-ın cəmi 3 universitetində təhsil ala bilər. Sosial şəbəkələrdə gənclər bu ayrıseçkiliyə Amerika səfirinin münasibət bildirməsini istəyirlər...
- Səmimi desək, nə baş verdiyini anlamadıq. Anlaya bilmirəm ki, proqrama qatıla biləcək ABŞ universitetlərinin sayı niyə 82-dən 3-ə endirilib. Bu nə vəziyyətdir? Biz anlamırıq (gülür). Tezliklə təhsil naziri ilə görüşəcəyəm. ABŞ-ın bir çox universiteti Azərbaycan gənclərinə keyfiyyətli təhsil verir. Mən inanıram ki, mübadilə proqramı Azərbaycana ABŞ-ı öyrənməyə, ABŞ-a da Azərbaycanı öyrənməyə yardımcı olur. Bu addımın niyə atılmasını anlamaqda çətinlik çəkirəm.
- “Şahdəniz” konsorsiumunun Azərbaycan qazının Avropaya daşınması ilə bağlı qərarını gözlədiyinizi deyibsiniz. Bu, ABŞ-dan ötrü nə dərəcədə önəmli məsələdir?
- Həmişə deyirik – Şahdəniz layihəsinin irəliləməsi, təbii qazın Gürcüstan və Türkiyə üzərindən Avropaya axıdılması önəmli məsələdir. Bu, Avropanın enerji təhlükəsizliyi üçün yaxşı layihədir. Şəxsən mən inanıram ki, milli resursların işlənməsi Azərbaycan üçün də yaxşıdır. Bilirəm, bəzi adamlar soruşur ki, bu layihəni siz niyə dəstəkləyirsiniz? Qətiyyətlə deyə bilərəm: elə düşünmürəm ki, bu layihəni dəstəkləməsəydik, nəticə dəyişəcək və Azərbaycandakı situasiya pisləşəcəkdi.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG