Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 18:22

Köçkün: «Şəhərciyə istəmirəm, zəmanətlərinə sahib çıxsınlar»


-
«Biz 5 ailə Cavanşir küçəsindəki meydançada məskunlaşmışdıq. 1 oktyabr 2010-cu ildə yaşadığımız ərazidə dövlət əhəmiyyətli bina tikilməyə başlananda Prezidentin İşlər İdarəsindən bizə zəmanət məktubu verildi ki, ən geci 3 il müddətində həmin ərazidə inşa ediləcək binadan mənzillə təmin olunacağıq. Bu vədlərlə kirayə evlərə yerləşdirildik. Hətta bu il martın 19-da bizi tikilmiş binadakı gələcək mənzillərimizlə də tanış etdilər. Beləcə, gözümüzdən pərdə asdılar».
Bunları «Qaynar xətt»ə Cəbrayıl köçkünü Ramilə Niftəliyeva danışıb. Deməsinə görə, bu yaxınlarda 5 ailənin 3 illik ümidləri boşa çıxıb. Yeni tikilidən onlara mənzil verilməyib.
ZƏMANƏTƏ XƏYANƏT?
Köçkün:
«Mən uşaq bağçasının yardımçı binasını təmir edib özümə 3 otaq düzəltmişdim. Həyətyanı sahəm də var idi, neçə ildə orda yaşıllıq yaratmışdım. Mən o evə, həyət-bacaya xərc çəkmişdim. İndi artıq mənim kirayə pulumu da kəsiblər. Kirayə haqqını özüm ödəyirəm. Əgər mənə bu binadan mənzil verməyəcəkdilərsə 3 il əvvəl bu zəmanət məktubunu niyə vermişdilər? Axı bu məktubda üzərlərinə mənə yeni tikiləcək binadan mənzil verməyi öhdəlik götürmüşdülər».
«ONA YENİ KÖÇKÜN ŞƏHƏRCİYİNDƏN MƏNZİL TƏKLİF OLUNUB»
Qaçqın və Məcburi Köçkünlərlə İş üzrə Dövlət Komitəsindən bildiriblər ki, həmin ünvanda məskunlaşmış və 3 il əvvəl ərazidə bina inşası ilə əlaqədar olaraq kirayə mənzillərə yerləşdirilmiş köçkünlərə Müşfiq qəsəbəsində yeni salınmış şəhərcikdə mənzil verilib. 5 köçkün ailəsindən 4-ü razılaşaraq şəhərciyə köçürülüb. Ramilə Niftəliyeva isə imtina edib. O ki qaldı Ramilə Niftəliyevaya verilmiş zəmanət məktubuna, 3 il əvvəl Müşfiq qəsəbəsində şəhərcik inşa olunmadığına görə, həmin ünvandakı köçkünlərə belə bir sənəd verilibmiş. Ancaq hazırda köçkünə mənzil təklif olunursa həmin məktub hüquqi qüvvəsini itirmiş hesab olunur.
Ramilə Niftəliyeva deyir ki, 3 il əvvəl ona verilmiş zəmanət məktubuna əsaslanaraq yeni tikilidən mənzil tələbini davam etdirəcək.

Şərhləri göstər

XS
SM
MD
LG