Keçid linkləri

logo-print
2016, 02 Dekabr, Cümə, Bakı vaxtı 22:08

K.Tarqay: «Qərarlar cəzalandırmağa meylli yox, tərbiyəvi olmalıdır»


ATƏT-in Bakı ofisinin rəhbəri Koray Tarqay

ATƏT-in Bakı ofisinin rəhbəri Koray Tarqay

-
ATƏT-in Bakı ofisinin rəhbəri Koray Tarqay cəzaların və cərimələrin artırılması ilə bağlı parlamentin son qərarlarını AzadlıqRadiosuna şərh edərkən belə deyib:
«Cərimələr ödənə bilməyəcək qədər yüksək olarsa, onda ifadə azadlığını əngəlləmək kimi şərh oluna bilər. Ona görə cərimələr tərbiyəvi olmalıdır».
Koray Tarqay gənc fəalların həbsi ilə bağlı deyib ki, «məhkəmə qərar vermədən bu məsələyə münasibət bildirmək doğru olmaya bilər».
Koray Torqay ATƏT-in Bakı ofisinin statusunun endirilməsi ilə bağlı Bakının müraciəti ilə bağlı Vyanada görüşlər keçirilidiyini bildirib.
«Bununla bağlı Vyanada müzakirələr keçirlir. Ancaq müzakirələr nə qədər davam edəcək, nəticəsi nə olacaq, bunu demək hələ tezdir».

SİYASİ PARTİYALAR YENİDƏN GÖRÜŞƏ BİLƏR
Koray Torqay qarşıdakı prezident seçkisi ilə bağlı ATƏT-in Bakı Ofisinin Bakıda və bölgələrdə maarifləndirici təlim proqramları, seminar və konfransların keçiriləcəyini də bildirib. Deyib ki, Mərkəzi Seçki Komissiyası ilə birgə icra hakimiyyətlərinin dəstəyi ilə bütün siyasi partiyaların gənclik qolları üçün hər həftə təlimlər keçirilir.
Prezident Administrasiyası ilə birlikdə isə bütün siyasi partiyaların iştirakı ilə dəyirmi masa keçirilməsi planlaşdırırlır. Koray Torqay deyib ki, hər iki tərəfdən razılıq var, ancaq görüşün vaxtə hələ məlum deyil.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG