Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 19:54
-
Pirallahı rayon sakinləri AzadlıqRadiosunun «Qaynar xətt»inə evsiz qalmaq təhlükəsi ilə üzləşməklərindən şikayətlənirlər:
«Bu yaxınlarda xəbərdarlıq etmədən bir neçə evi sökdülər. Bir Qarabağ əlilinin illərlə əzab-əziyyətlə çəkdiyi hasarını da uçurtdular. Deyirlər, ərazidə binalar tikiləcək. Ancaq nə kompensasiya verən var, nə də ev. Bu ərazidə kasıb təbəqə yaşayır. Biz bu evləri üst-üstə qoyduğumuz qəpik-quruşla tikmişik. İllərlə tikdiyimizi bir anda ağır texnika ilə uçururlar. Adını da qoyurlar ki, sənədiniz yoxdur. Hansı ki, torpağı bələdiyyədən almışıq. Bu boyda ev-eşik tikəndə hara baxırdılar? Sizcə Azərbaycanın hansı yerində razılıq olmadan daşı-daş üstə qoymaq mümkündür? İndi tikilən yeni binaların da sənədi yoxdur. belə çıxır ki, ağır texnika qoyub o 20 mərtəbəli binaları da sökəcəklər?»
Sakinlər yazırlar ki, onlar işdə olarkən hökumət nümayəndələri fəhlələri töküb hasarlarını uçurdur:
«Evdən çıxa bilmirik. Qayıdanda görürük ki, hasar yoxdur. Bu nə özbaşınalıqdır? Evdə iki körpə uşaq yatan yerdə ağır texnika ilə evi söküblər, anası vaxtında özünü çatdırmasaydı, uşaqlar daş-qalaq altında qalacaqdı. Buna kim cavab verəcəkdi?»
Sakinlər hökumətdən söküntüləri dayandırmağı tələb edirlər:
«Əgər söküntülər vacibdirsə, o zaman evlərini sökdükləri adamlara kompensasiya ödəsinlər».
Pirallahı Rayon İcra Hakimiyyətinin nümayəndəsi Manaf Manafov deyir ki, həmin evlərin sökülməsi rayondakı quruculuq işləri ilə əlaqədardır:
«Rayonun baş planına görə, həmin ərazi rayon mərkəzinə çevrilir. Orda inzibati binaları tikilməlidir. Sakinlər bu barədə şifahi məlumatlandırılıb. Evi sökülənlərə isə kompensasiya veriləcək».
Sakinlər isə AzadlıqRadiosuna bildiriblər ki, şikayətlərindən sonra söküntü işləri müvəqqəti dayandırılıb və onlara yaxın vaxtlarda əlverişli şərtlər təklif olunacağı vəd edilib.

Siz də şikayətinizi buradan göndərə bilərsiz

ƏLAQƏ ÜÇÜN

nömrəmiz (+420) 778 711 700

Çəkdiklərinizi, eləcə də şikaylətlərinizi bizə WhatsApp-dan başqa,

XS
SM
MD
LG