Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 16:41
-

HÖKUMƏTİN DƏ «FACEBOOK»U VAR

«Bizim yol» qəzeti yazır ki, «demək olar ki, facebookda bütün dövlət qurumlarının səhifələri var. Söz yox ki, eyni adla saxta səhifələr də çoxdur».

Qəzet yazır ki, Milli Məclisin bir neçə səhifəsi olsa da, statuslardan bəlli olur ki, əslində səhifələrinin parlamentə heç bir aidiyyatı yoxdur: «Məsələn, Milli Məclisin rəsmi səhifəsi» səhifəsində son yenilənmə fevralın 4-də olub: «500 000 millət vəkillərimiz teleqüllədəki restoranda şam yeməkləri yedikdən sonra AzTV-yə çıxaraq uğurlu, balanslaşdırılmış daxili-xarici siyasətimiz haqda boş-boş danışırlar. DİN-in səhifəsində son yenilənmə bazar günü olub. Səhifəyə DİN-in 2012-ci ilin yekunlarına dair hesabatı yerləşdirilib. Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin ictimai səhifəsi» də xeyli aktivdir. Bu səhifəni bəyənənlərin sayı 14 min nəfərdir».

«ELŞAD ABDULLAYEVİN HƏBSİNƏ HAZIRLIQ GEDİR»

Bunu «Azadlıq» qəzetinə müsahibəsində ABU-nun keçmiş rektoru, hazırda mühacirətdə olan Elşad Abdullayevin vəkili Adil İsmayılov deyib.

Vəkil bildirib ki, «məni Bakı şəhər prokurorluğuna çağırdılar və Elşad Abdullayevə çatdırılması üçün məktub təqdim elədilər. Elşad Abdullayev gəlib ifadə verməyə dəvət olunurdu. Elşad Abdullayev də bildirdi ki, Azərbaycanda təhlükəsizliyimə təminat olmadığına görə gəlmirəm. Hətta məsələni belə qoymuşdu ki, əvvəlcə məni zərərçəkmiş kimi tanıyın, bundan sonra mən istintaqla əməkdaşlıq eləməyə hazıram».

SEVİNC BABAYEVA DOSYESİNİN SİRLƏRİ ÇÖZÜLÜR

«Yeni Müsavat» qəzeti yazır ki, adı «Gülərqeyt» qalmaqalında hallanan, 2012-ci ilin dekabrında İstanbulda ölən Sevinc Babayevanın oğlu Ayxan Məmmədov Türkiyədə istintaqçıların ondan nə soruşduqlarını açıqlayıb:

«Anam Cərrah Paşa Tibb Fakültəsinə xalamla birgə gedib. Sənədə görə anam orda müalicə oluna bilməyib. Çünki Gülər onu öz pasportu ilə harasa getməyə, haradasa qeydiyyata düşməyə qoymurdu. Ona görə anam öləndən sonra onun pasportu tapılmadı. Səlcuq Ağlayan onu cırdı». Müsahibimiz dedi ki, ilk gün anasının ölümü ilə bağlı heç kimdən şübhələnmədiyini deməsi də səbəbsiz deyil. Onun sözlərinə görə, həmin vaxt proseslərin təbii axarını gözləyirmiş: «Səbr elədim və Gülərin adını çəkmədim. Ancaq onu dedim ki, anam İstanbula yayılacaq videoya görə gəlib. İstintaqçılar məndən soruşdular ki, Fikrət Əhmədov kimdir? Mən də cavab verdim ki, Gülər Əhmədovanın əridir. Məlum oldu ki, 10-15 gün əvvəl Fikrət Əhmədov İstanbula gələrək anama pul verib. Mənə ordan dedilər ki, bu şəxsi müşahidə etmişik və onunla bağlı əlimizdə faktlar var».

MONTENEQRO AZƏRBAYCAN TURİSTLƏRİNİN YOLUNU GÖZLƏYİR

«Yeni Azərbaycan» qəzeti yazır ki, yay üçün Azərbaycan turistlərinə təklif edilən yeni və maraqlı məkanlardan biri də Monteneqrodur. Qəzet yazır ki, təmizlik bu ölkədə müqəddəs sözdü: «Artıq 20 ildir ki, Monteneqroda təbiətin mühafizəsi üçün milli proqramlar uğurla fəaliyyət göstərir. Monteneqrodakı bütün təşkilatlar havanın və suyun çirklənməməsi üçün müəyyən işlər aparırlar. Burada tikinti işləri ciddi qaydalara uyğun olaraq həyata keçirilir. Bu səbəbdən də burdakı heyvanlar, quşlar, hətta bitkilər belə özlərini sərbəst və rahat hiss edirlər».

Günün bütün mövzuları

XS
SM
MD
LG