Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 21:10

Avropa Şurasının İnsan haqları komissarı İsmayıllıda olub


Nils Muižnieks

Nils Muižnieks


Avropa Şurasının İnsan haqları komissarı Nils Muižnieks-in rəhbərlik etdiyi nümayəndə heyəti mayın 23-də İsmayıllı rayonunda olub. Onlar İsmayıllı hadisələri ilə bağlı saxlananların vəkilləri İslam İsmayılovNəvaid Abbasovla görüşüblər.

Görüşdə yanvarın 23-24-ü İsmayıllıda baş verən hadisələr, həmin hadisələrlə bağlı həbs olunanlar və hüquqi yardım göstərilməsi məsələsi ilə maraqlanıblar.

İsmayıllı hadisələri ilə bağlı həbs edilən Vasif İbrahimovun vəkili Nəvaid Abbasovun dediyinə görə, Avropa Şurasının komissarı saxlananlara göstərilən münasibətlə maraqlanıb:

«Mən müdafiə etdiyim şəxsin qanunsuz həbs olunduğunu bildirdim. Qeyd etdim ki, Vasif İbrahimov yanvarın 26-dan 31-dək Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsində əsassız saxlanılıb və həmin vaxt vəkili kimi mənə onunla görüş verilməyib. Bundan başqa ona qarşı qeyri-insani rəftar olunduğunu xatırlatdım».

Bundan sonra nümayəndə heyəti Heydər Əliyev Mərkəzində rayon icra başçısı Mirdamət Sadıqov və birinci müavin Rövşən Ağayevlə görüşüblər.

2013-cü il yanvarın 23-24-də İsmayıllıda icra hakimiyyəti başçısının istefası tələbi ilə etiraz aksiyası keçirilib. Etirazlara rayondakı «Çıraq» otelinin iki əməkdaşının sərxoş vəziyyətdə yerli sakinləri təhqir etməsi səbəb gətirilir.

Həmin aksiya ilə əlaqəli 18 nəfər həbs olunub. Onlardan 14 nəfəri İsmayıllı sakinidir.
XS
SM
MD
LG