Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 02:48

Azərbaycan XİN: İranda saxlanan vətəndaşlar hələ təhvil verilməyib


Azərbaycan Xarici İşlər Nazirliyi
Azərbaycan Xarici İşlər Nazirliyi
Təbrizdə saxlanmış Azərbaycan vətəndaşları Xalidə XalidŞamxal Hüseynov hələ də Azərbaycan tərəfinə təhvil verilməyib. Bu barədə APA-ya Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Elman Abdullayev bildirib:

«Təəssüf ki, vətəndaşlarımız hələ də Azərbaycanın Təbrizdəki Baş Konsulluğuna təhvil verilməyib. Baş Konsulluğumuz vəziyyəti aydınlaşdırmaq üçün İran tərəfi ilə təmasları davam etdirir».

Xalidə Xalid və Şamxal Hüseynov aprelin 30-da Təbrizdə saxlanıb. Azərbaycan tərəfinin verdiyi iki notadan sonra İran Xarici İşlər Nazirliyi onların qanunsuz fəaliyyətə görə saxlandığını açıqlayıb. Bu həftə isə İran tərəfi Xalidə Xalid və Şamxal Hüseynovun azad ediləcəyini açıqlayıb.

İyunun 22-də İranın Azərbaycandakı səfiri hər iki şəxsin artıq azad olunduğunu və Azərbaycan tərəfinə təhvil verildiyini bildirib. Lakin Azərbaycan XİN bu məlumatı təkzib edib.
XS
SM
MD
LG