Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 16:41

Leyla Yunus Fransanın Şərəf Legionu Ordeni alır [Video]


-
Sülh və Demokratiya İnstitutunun rəhbəri Leyla Yunus Fransanın Şərəf Legionu Kavaleri Ordeni ilə mükafatlandırılıb.
Təqdimat Fransanın Azərbaycandakı səfirliyində keçirilib. Mükafatı İnsan hüquqları və Holokost xatirəsinə ehtiram borcu üzrə məsul Səfir François Zimeray təqdim edib.
Leyla Yunus AzadlıqRadiosuna müsahibəsində bildirib ki, bu mükafata insan hüquqlarının mübarizəsi işində xidmətlərinə görə layiq görülüb:

“Fransızlar azad ölkəni artıq qurublar. Oranın azad insanları demokratik ölkədə yaşayırlar. O insanlar öz ölkələrinə hörmət naminə Azərbaycan cəmiyyətinin insan hüquqları müdafiəçilərinə, onların müqavimətinə, insan haqları üzrə mübarizəsinə dəstək verirlər. Bu, Fransa hökumətinin qərarıdır”.
İndiyədək bu mükafat Azərbaycandan II Dünya Müharibəsi iştirakçısı Əhmədiyyə Cəbrayılova, prezident İlham Əliyev və xanımı Mehriban Əliyevaya verilib.

Fransanın Fəxri Legion ordeni Fransanın ən yüksək hərbi və mülki dövlət mükafatıdır.

Mükafat 1802-ci ildə Napoleon Bonaparte tərəfindən təsis edilib.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG