Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 15:18

Xalidə Xalid və sürücü konsulluğa təhvil verilməyib


-
İranda həbs olunan Azərbaycan Milli Elmlər Akademiyasının əməkdaşı Xalidə Xalid və onun sürücüsü Şamxal Hüseynov Təbrizdəki Azərbaycan konsulluğuna təhvil verilməyib.

Bu barədə AzadlıqRadiosuna Azərbaycanın Təbrizdəki vitse-konsulu Nəriman Orucəliyev bildirib:

«Baş Konsulluq vətəndaşlarımızın azadlığa buraxılmasına görə İran hökumətinə öz razılığını bildirib. Baş Konsulluq vətəndaşlarımızla bağlı işlərin başa çatdırılaraq qısa müddət ərzində Azərbaycan tərəfinə təhvil verilməsini gözləyir».

Xalidə Xalid və sürücüsü Konsulluğa təhvil verildikdən sonra onlar Azərbaycana qayıdacaqlar.

AMEA-nın əməkdaşını və sürücüsünü aprelin 30-da İranın xüsusi xidmət orqanı olan ETTELAAT saxlamışdı. İran tərəfi onun casusluqda ittiham olunduğunu bildirmişdi.

Mayın 18-də Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadənin başçılıq etdiyi nümayəndə heyəti İrana səfər edib. Bir gün sonra Xalidə Xalid və sürücüsünün azad olunması ilə bağlı xəbər yayılıb.
XS
SM
MD
LG