Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 07:57

Məhsəti Gəncəvinin 900 illiyi UNESCO-da qeyd olunub


Məhsəti Gəncəvi
Məhsəti Gəncəvi
-
«Məhsəti Gəncəvi hələ doqquz əsr bundan əvvəl gender ideyalarını təbliğ etməklə yanaşı, bu ideyaları öz yaradıcılığında əməli şəkildə tətbiq edirdi».

Bu sözləri Məhsəti Gəncəvinin UNESCO-da keçirilən 900 illik yubiley mərasimində baş nazirin müavini Elçin Əfəndiyev şairin şəxsiyyətinin və istedadının miqyasından söz açarkən səsləndirib.

Mayın 16-da Mədəniyyət və Turizm Nazirliyinin və Azərbaycanın UNESCO yanındakı daimi nümayəndəliyinin təşkilatçılığı ilə qurumun Parisdəki mənzil-qərargahında görkəmli Azərbaycan şairəsi və mütəfəkkiri Məhsəti Gəncəvinin 900 iliyinə həsr olunan təntənəli mərasim keçirilib.

Xəbəri Mədəniyyət və Turizm Nazirliyi yayıb.

Mərasimdə Azərbaycandan mədəniyyət və turizm nazirinin birinci müavini Vaqif Əliyev, Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev, Azərbaycanın Fransadakı səfiri Elçin Əmirbəyov, UNESCO yanında Azərbaycanın müvəqqəti işlər vəkili Anar Kərimov, həmin qurumun Milli Komissiyasının birinci katibi Günay Əfəndiyeva iştirak ediblər.

Xəbərdə bildirilir ki, UNESCO-nun baş direktorunun təhsil üzrə müavini Qian Tang çıxışında Azərbaycanın dünya mədəniyyətinin inkişafında xüsusi rola malik olduğunu, həmin irsin zənginləşməsinə bu gün də töhfələr verdiyini qeyd edib.

Məhsətinin dünya ədəbiyyatının nadir simalarından olduğunu vurğulayan natiqin fikrincə, Məhsəti Gəncəvi feminist ideyaları ədəbiyyatda bütün parlaqlığı ilə əks etdirən qüdrətli sənətkardır.

Çıxışlardan sonra Azərbaycan incəsənət ustalarının Məhsəti Gəncəvinin rübailəri əsasında hazırladığı musiqili kompozisiya səslənib. Qədim Musiqi Alətləri Ansamblının etdiyi rəngarəng melodiyalar, rəqs və xor elementləri ekranda nümayiş etdirilən miniatürlər, Məhsətinin şeirlərinə çəkilmiş illüstrasiyalarla müşayiət olunub.

Xəbərdə vurğulanır ki, tədbirdə yazıçı Rafael Hüseynovun şairə haqqında yazdığı araşdırmanın 20 dildə nəşr edilmiş nüsxələrindən ibarət sərgi təşkil olunub, müxtəlif dillərdə kitablar qonaqlara hədiyyə edilib.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG