Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 14:05

Həbsə səbəb olan «Hаrlem Shake» - [Video]


-

İlkin Rüstəmzadənin 2 aylıq həbsini onun yaxınları «Hаrlem Shake»ə bağlayır. Vəkili iddia edir ki, o, Youtube-da yerləşdirilən «Hаrlem Shake» videosunu hazırlamaqda təqsirləndirilir.

Bu həbs və «Hаrlem Shake» sosial şəbəkələrin də müzakirə mövzusudur.

İnterneti bürüyən, bütün dünyada yayılan «Hаrlem shake» rəqs videolarının yozumu Azadlıq FM-də:

Ülvi Həsənli:


- «Harlem Shake» flashmobun bir növüdür. Heç bir məqsədi yoxdur bu rəqslərin. Hər şey sadəcə əyləncə üçündür.

- İlkin Rüstəmzadə «Harlem Shake»in təşkilatçılarından deyil. Olsa belə bu rəqsə görə həbs etmək məntiqsizdir.

Emil Musayev:

- «Harlem Shake» yeni bir fenomendir. Flashmoba oxşar əlamətləri var.

- «Harlem Shake» hansısa bir diskoteykanın sonuna bənzəyir. Flashmobda öncədən bilinmir nələrin baş verəcəyi. Ancaq bu rəqs qabaqcadan təşkil olunur. «Harlem Shake» montajsiz mümkün deyil.

Kamran Qədirli:

- «Harlem Shake» flashmob deyil. İnsanın içindəki hisslərin üzə çıxmasıdır. Bəzən insan etmək istədiklərini edə bilmir. Uzun müddət yığılan bu hisslər birdən müxtəlif hərəkətlərlə ifadə edilir. Harlem Shake stereotiplərin qırılmasıdır.

- «Harlem Shake» üçün xüsusi bir məkan yoxdur. Müxtəlif məkanlarda təşkil edilə bilər.

Fərid Şahbazlı:

- Bulvarda çəkilən «Harlem Shake» videosunda xoşagəlməz görüntülər var.

- Videoda Azərbaycan mentalitetinə uyğun olmayan hərəkətlər var. Günün günorta vaxtı insanların öyrəşmədiyi hərəkətlər edilməklə ictimai asayiş pozulub.
XS
SM
MD
LG