Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 05:53

Havanın hərarəti 32 dərəcəyə çatacaq


Mayın 23-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu, əsasən yağmursuz keçəcəyi gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, mülayim cənub-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 13-17 dərəcə, gündüz 23-28 dərəcə isti olacaq.

Mayın 24-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu, əsasən yağmursuz keçəcəyi proqnozlaşdırılır. Mülayim cənub-şərq küləyi əsəcək. Temperatur gecə 14-18 dərəcə, 25-30 dərəcə isti olacaq. Mayın 25-də isə Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, gündüz arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub küləyi əsəcək. Temperatur gecə 13-18 dərəcə, gündüz 25-29 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarına gəlincə, mayın 23-də əsasən yağmursuz, gecə-səhər bəzi yerlərdə duman olacağı gözlənilir. Şərq rayonlarında qısamüddətli az yağış yağacağı ehtimalı var. Şərq küləyi əsəcək. Temperatur gecə 12-17 dərəcə, gündüz 24-29 dərəcə, bəzi yerlərdə 32 dərəcə, dağlarda gecə 5-10 dərəcə, gündüz 16-21 dərəcə isti olacaq.

Mayın 24-də və 25-də Azərbaycanın rayonların hava əsasən yağmursuz keçəcək. Səhər bəzi yerlərdə duman olacaq, şərq küləyi əsəcək. Temperatur gecə 13-18 dərəcə, gündüz 25-30 dərəcə, bəzi yerlərdə 32 dərəcə isti olacaq. Dağlarda gecə 6-11 dərəcə, gündüz 18-23 dərəcə isti olacaq.
XS
SM
MD
LG