Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 02:55

Obama qasırğadan ziyan görənlərə dövlət yardımı söz verir


ABŞ Prezidenti Barak Obama Oklahomadakı qasırğadan ziyan çəkənlərə təcili dövlət yardımı vəd edib. Mayın 21-də Ağ Evdəki çıxışında Obama bu qasırğanı tarixin ən dağıdıcı tornadolarından biri adlandırıb.

Mayın 20-də ABŞ-ın Oklahoma ştatında baş verən qasırğada azı 91 nəfərin həlak olduğu bildirilmişdi. Ancaq rəsmilər mayın 21-də bildiriblər ki, rəqəmlər hələ dəqiq deyil. Həm tıkrarlar ola bilər, həm də yaralı və itkin düşənlərin vəziyyətinə görə dəyişə bilər. Qasırğa qurbanlarından 20-si uşaqlardır.

Sürəti saatda 320 kilometri keçən tornado əsasən Mur və Oklahoma City-nin ətraflarında ciddi dağıntılara səbəb olub. Maralarında məktəb binası da çoxlu tikili dağılıb.
Prezident Barack Obama ərazidə fəlakət zonası və fövqəladə vəziyyət elan edib.
XS
SM
MD
LG